"QARABAĞ" "Apoel"i qəbul edir -START HEYƏTLƏR

13-08-2019, 19:55
363


Bu gün Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfər məğlub etdiyi Kiprin "Apoel" kollektivini qəbul edir. Səfərdən sərfəli nəticə ilə dönən son çempionumuzun hədəfində UEFA Çempionlar Liqasının "play-of" mərhələsinə yüksəlməkdir. Görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibert olacaq. Ona Yan Sedel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviç (Bosniya və Herseqovina) olacaq. "Tofiq Bəhromov adına Respublika Stadionu"nda baş tutacaq qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"QARABAĞ"ın start heyəti:

13.Vaqner (GK)
3.Ailton
4.Rahil Məmmədov
5.Maksim Medvedev
6.Simyon Slavçev
8.Mícel
9.Xaime Romero
11.Mahir Emreli
14.Rashad F. Sadıqov (C)
17.Abdullah Zoubir
20.Richard Almeyda

"QARABAĞ"ın ehtiyat oyunçuları:

12.Şaxrudin Magomedaliyev (GK)
2.Qara Qarayev
7.Araz Abdullayev
10.Dani Kintana
23. Faysal Rerras
30.Abbas Hüseynov
99.Maqa Gaye

"QARABAĞ"ın baş məşqçisi: Qurban QURBANOV

"Apoel"in start heyəti:

27. Vid Belets (GK)
6.Savvas Gentoqlu
10.Tomás De Vinsenti (C)
11.Musa Suleyman
13.Kevin Lafranse
14.Uroş Matiç
20.Andrija Pavloviç
30.Giorqos Merkis
44.Nikolas Yannu
89.Roman Beyak
91.Draqan Mixayloviç

"Apoel"in ehtiyat oyunçuları:

99.Boy Vaterman (GK)
8.Lukas Souza
9.Linus Hallenius
34.Lukas Kalogiru
46.Stathis Aloneftis
70.Antonio Cakolis
71.Andre Filipe Cunha Vidiqal

"Apoel"in baş məşqçisi: Tomas Doll

Xatırladaq ki, "Qarabağ" mübarizə I mərhələdən qoşulub. İlk mərhələdə çempionumuzun rəqibi Albaniya çempionu "Partizani" olub. Səfərdə keçirlən ilk oyunda azerkeşlər qola şahid ola bilməyib. Ancaq Bakıda "Dalğa Arena"da "Köhlən Atlar" rəqibin qapısına iki top keçirməyə nail olur. Oyunun ilk hissəsi qolsuz bərabərliklə keçsə də ikinci hissənin 51-ci dəqiqəsində Flip Ozobiç "Qarabağ"ın heyətində hesabı açır. Oyunun 94-cü dəqiqəsində isə Dani Kintana bütün suallara aydınlıq gətirir-"Qarabağ"-"Partizani"-2:0.

II təsnifat mərhələsində isə komandamız indiyədək bir qitədə olsaqda nə klub nə milli komandalar səviyəsində qarşılaşmadığımız İrlandiya təmsilçisi ilə qarşılaşdı. "Qarabağ" ilk oyunu səfərdə keçirmidi və oyun ağdamlılar üçün yaxşı başlamışdı. Oyunun 4-cü dəqiqəsində Mahir Emreli hesabı açdı. İlk hissə həm oyun baxımından həm də hesab baxımından ağdamlıların üstünlüyü ilə bitdi. İkinci hissədə rəqib bir qədər oyunun gedişində dönüş yaratmaqa nail oldu. Bu da özünü hesabda göstərdi. Belə ki, oyunun 78-ci dəqiqəsində Hoban qapımıza yol tapdı. Artıq çütün taleyi Bakıda həll olunmalı idi. Bakıdakı oyunda "Qarabağ" iddiasını oyunun ilk dəqiqlərindən ortaya qoymağı bacardı. Çox saylı hüsumların nəticəsi 12-ci dəqiqə də öz bəhrəsini verdi. Xayme Romero çərçivəni dəqiq nişan aldı. İlk hissə bu hesabla bitdi . ikinci hissədə "Qarabağ" rəqibi təziq altında saxlamaqda davam etdi. Oyunun 76-cı dəqiqəsində Ailton Silva "Dundlak"ın bütün vəziyyətini daha da çətinləşdirdi-2:0. 87-ci dəqiqədə Xayme Romero dubla imza ataraq özünün ikinci komandasının üçüncü qolunu vuraraq bütün suallara aydınlıq gətirdi-"Qarabağ"-Dundlak"-3:0

III təsnifat mərhələsinin ilk görüşü səfərdə "Apoel"ə qarşı keçirib. Görüşün ilk hissəsi başladığı kimi bitib-0:0. İkinci hissə "köhlən atlar" üçün6 uğurlu olub. İlk öncə 54-cü dəqiqədə Mahir Əmrəli GPS stadionunu sükuta qərq edib- "Apoel"-"Qarabağ"-0:1. 15 dəqiqə sonra "Apoel" daha bir soyuq duşa məruz qalıb. Maqe Qaye ikinci dəfə rəqibin qapısına yol tapıb-0:2. Oyuna əlavə 5 dəqidə isə Merkisin qolu Kipr yunanlarına tunelin ucundakı işıq olub. Beləliklə "Qarabağ" səfərdə rəqibi üzərində 1:2 hesablı parlaq qələbə qazanıb.