"QARABAĞ" "Dundalk"ı qəbul edir-START HEYƏTLƏR

31-07-2019, 20:22
451


Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində son çempionumuz Ağdamın "Qarabağ" klubu İrlaniyanın "Dundalk" kollektivi ilə cavab qarşılaşmasına çıxır. Səfərdən qollu heçə-heçə ilə dönən təcrübəli komandamızın əsas məqsədi bu oyunda qələbə qazanaraq növbəti mərhələyə yüksəlməkdir. Qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Svein Oddvar Moenə, Magnus Lundberg və İsaak Elias Skjeseth Bashevkin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sigurd Kringstad yerinə yetirəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdur :

"QARABAĞ"ın start heyəti:

13.Vagner (GK)
3.Ailton
4.Rahil Məmmədov
5.Maksim Medvedev
8.Míchel
9.Xaime Romero
11.Mahir Emreli
14.Rəşad Sadıqov (C)
17.Abdullah Zubir
19.Filip Ozobiç
20.Riçard Almeida

"QARABAĞ"ın ehtiyat oyunçuları:

12.Şaxrudin Magomedaliyev (GK)
2. Qara Qarayev
6.Simeon Slavçev
7.Araz Abdullayev
10.Dani Kintana
30.Abbas Hüseynov
99.Magaye Gueye

"QARABAĞ"ın Baş məşqçisi: Qurban QURBANOV


"Dundalk"ın start heyəti:


1Qari Rogers (GK)
2.Sin Qannon
4.Sin Hore
5.Kris Şields
7.Maykl Duffi
9. Patrik Hoban (C)
10.Jami McQqrat
11.Patrick McEleney
14.Dani Massey
21.Daniel Kleri
44.Andi Boyle

"Dundalk"ın ehtiyat oyunçuları:


20.McKarey (GK)
3.Brian Çartland
8.Con Mountney
12. Georgie Kelli
16.Sin Murray
27.Daniel Kelli
33.Din Jarvis

"Dundalk"ın baş məşqçisi: Con GİLL

Qeyd edək ki, "Qarabağ" ilk oyununu səfərdə keçirib. Oyun ağdamlılar üçün yaxşı başladı. Oyunun 4-cü dəqiqəsində Mahir Emreli hesabı açdı. İlk hissə "Qarabağ"ın güclü təziqi ilə davam etsədə TOP.az Premyerliqasının qalibi ilk qoldan sonra qapıya yol tapa bilmədi. Hissə 0:1 "Qarabağ"ın üstünlüyü ilə bitdi. İkinci hissədə xüsusilə 60-cı dəqiqədən sonra İrlandlar təziqi artıqrmağa və oyunda geri dönüş imkanı axtarmağa başladı. Bunun məntiqi nəticəsində Patrik Hoban 78-ci dəqiqədə qapımıza yol tapdı. Oyun tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə bitdi.

Xatırladaq ki, "Qarabağ" mübarizə I mərhələdən qoşulub. İlk mərhələdə çempionumuzun rəqibi Albaniya çempionu "Partizani" olub. Səfərdə keçirlən ilk oyunda azerkeşlər qola şahid ola bilməyib. Ancaq Bakıda "Dalğa Arena"da "Köhlən Atlar" rəqibin qapısına iki top keçirməyə nail olur. Oyunun ilk hissəsi qolsuz bərabərliklə keçsə də ikinci hissənin 51-ci dəqiqəsində Flip Ozobiç "Qarabağ"ın heyətində hesabı açır. Oyunun 94-cü dəqiqəsində isə Dani Kintana bütün suallara aydınlıq gətirir-"Qarabağ"-"Partizani"-2:0