Döyüş helikopterlərimiz havaya qaldırıldı

11-11-2015, 15:07
380

Döyüş helikopterlərimiz havaya qaldırıldı Döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib. Müdafiə nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə baş tutub.

Döyüş atışlı təlimlərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.
Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.
Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

   //ANS Press