Lapşin Bakıya qandallı gətirildi

8-02-2017, 09:41
345

Lapşin Bakıya qandallı gətirildi Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, öz bloqunda Dağlıq Qarabağı müstəqil respublika kimi qeyd edən  bloqçu Aleksandr Lapşin Bakıya ekstradisiya olunub.

Qeyd edək ki, Belarus Ali məhkəməsi  bloqqerin Azərbaycana ekstradisiyasına dair qərarından verdiyi şikayəti təmin etməyib.

Xatırladaq ki, A.Lapşinın hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilmişdi.

Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılmışdı.

Belarus prezidenti Aleksandr Lukaşenko bloqqerin ekstradisiya məsələsinə belə münasibət bildirmişdi:

"Belarusun Aleksandr Lapşini Azərbaycana verməməsi üçün heç bir səbəbi yoxdur”.

   //Qafqazinfo