İsrail səfirliyinin əməkdaşları Lapşinlə görüşdülər

10-02-2017, 21:26
310

İsrail səfirliyinin əməkdaşları Lapşinlə görüşdülərİsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları Kürdəxanı təcridxanasında saxlanılan israilli bloqqerAleksandr Lapşinlə görüşüblər.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsrail səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutan görüş beynəlxalq hüquq normalarına uyğun keçirilib.

İcazəsiz yollarla işğal altındakı Qarabağ ərazisinə gedən A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi.

2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılan bloqqer 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub. Onun cinayət işinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindəbaxılır.

 //Modern.az