Leyla Əliyeva uşaqlarla bir arada - FOTOLAR

23-12-2016, 10:07
429

 Leyla Əliyeva uşaqlarla bir arada - FOTOLARHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub.

Tələbələrlə keçirilən görüşdə akademiyanın fəaliyyəti, buradakı təhsil şəraiti barədə məlumat verilib. Leyla Əliyeva emalatxanalarda tələbələrin əl işləri tanış olub, onlara yaradıcılıq prosesində öz tövsiyələrini verib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup tələbəsi ilə birlikdə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub. Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi Günü münasibəti ilə təbriklərini çatdırıb.

Leyla Əliyeva və Rəssamlıq Akademiyasının tələbələri, həmçinin uşaqlarla birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər.

//Trend