Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub. L.Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edib. Fondun vitse-prezidenti pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini heyranlıqla dinləyib, onların qayğıları ilə maraqlanıb.