Qadın zorakılığı mövzusunda dəyirmi masa təşkil olundu

15-12-2016, 14:19
322

Qadın zorakılığı mövzusunda dəyirmi masa təşkil olunduAzərbaycan Universitetinin Sosial iş fakültəsində beynəlxalq ("Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı”  layihəsinin müşaviri Herbert Paulişin) və yerli ekspertlərin  iştirakı ilə qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəirmi masa təşkil olunmuşdur. Tədbirdə cəmiyyətdə tez-tez rast gələn qadınlara qarşı zorakılıq halları və onların aradan qaldırılması üçün həlli yolları  müxtəlif dövlət və QHT-n nümayəndələr tərəfindən  müzakirə edilmişdir. Bununla yanaşı,  dünyada və Azərbaycanda qadınlara qarşı zorakılığın miqyası və vəziyyəti, bu sahədə irəliləyişin təmin olunması istiqamətində görülməli olan işlər haqqında da nəzəri müzakirələr  aparılmışdır.

Müzakirə üç nəslin eyni evdə yaşadığı ailədə gənc bir xanımın məruz qaldığı məişət zorakılığı nümunəsi (keysi) ətrafında aparılmışdır. Mövzu üzrə ekspertlər keysi hərtərəfli müzakirə edərək, bənzər problemlərin həlli istiqamətində səmərəli çıxış yolları axtarıb, təkliflər vermişlər. Təşkil olunan tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini "İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova təmsil etmişdir.  Sonda iştirakçılar qadınlara qarşı zorakılıqla mübarizə rəmzi olan narınc fonda ağ rəngli  lentli  rəsmlərlə şəkil çəkdirmişlər.

   //Nəzər Media.az
Qadın zorakılığı mövzusunda dəyirmi masa təşkil olundu