Qənirə Ataşova Bakıya çağırıldı - Fətullah Güləndən müsahibəsinə görə

22-07-2016, 13:05
918

Qənirə Ataşova Bakıya çağırıldı - Fətullah Güləndən müsahibəsinə görəANS TV-nin ABŞ-a ezam olunmuş xüsusi müxbiri Qənirə Ataşaova Bakıya çağırılıb.

Bu haqda  ANS TV əməkdaşları məlumat verib.

Məlumata görə, Qənirə Ataşova iyul ayının 30-da Bakıya gələcək.

Telekanal rəhbərliyi Ataşovadan izahat alacaq və Ataşovanın nəyə görə türkiyəli jurnalistlərlə mətbuat konfransını tərk etmədiyi və Fətullah Gülənin evinə daxil olaraq müsahibə alması müzakirə olunacaq.

Eyni zamanda telekanalın ciddi dəyişikliyə gedəcəyi və Ataşovanın işdən azad olunacağı da deyilir.

Qeyd edək ki, ANS-in baş direktoru Mirşahin Ağayev bir neçə gün öncə hadisəylə bağlı açıqlamasında demişdi: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir".

  //AZXEBER.COM