Prezident yeni icra başçısı təyin etdi

18-04-2016, 22:00
558

İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb



Prezident yeni icra başçısı təyin etdiAzərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna yeni icra başçısı təyin edib.

Prezidentin sərəncamına əsasən Kamal İltifat oğlu Həsənov Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Martın 3-də İlham Əliyev Mahmud Nayfalı oğlu Quliyevi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Mahmud Quliyevin yanvar ayında sosial şəbəkədə videosu yayılmışdı. O, toplaşan bir qrup adamı təhqir edib, onları söyüb.

Daha sonra açıqlama verən sabiq icra başçısı işlətdiyi "köpəkoğlu” sözünü öz qohumuna dediyini bildirib. "Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burda nə axtarırsan? Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar".

   //Nəzər Media.az