Məhərrəmlik ayı bu tarixdə başlayacaq

7-05-2024, 00:46
114

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb. 

Nəzər Media.az bildirir ki, lent.az-ın bu barədə sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:

"Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.