"Zirə" "Kəpəz"i qəbul edir-START HEYƏTLƏR

16-03-2024, 14:58
69

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib. 

Günün ilk qarşılaşmasında  "Zirə" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edəcək. İki turdur qələbə üzünə həsrət qalan "mavi qartallar" bu turda azərkeşlərini sevindirmək və dünən məğlub olan "Səbail"i üstələmək  istəyir. Üç turdu məğlub olmayan Nizami yurdunun təmsilçiləri də bu matçdan növbəti dəfə ən azı məğlub olmadan ayrılmaq istəyir.Hakim Kamal Umudlunun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Zirə"nin start heyəti:

97. Tiaqo Silva(GK)

10. Rəhim Sadıxov

32. Qismət Alıyev (C)

20. İsmayıl İbrahimli

29. Ceyhun Nuriyev

4. Ruan Renato

44. Dmitrios Çantakias

70. İssa Cibrila

15. Pyer Zebli

6. Eldar Quliyev

19. Salifu Suma

"Zirə"nin ehtiyat oyunçuları:

41. Anar Nəzirov(GK)

50. Səlim Həşimov

8. İlkin Muradov

21. Hacıağa Hacılı

16. Fuad Bayramov

66. Pərviz Azadov

99. Nazim Həsənzadə

55. Ramin Abdullayev

5. Stefan Aka

24. Sezar Meza Kolli

9. Vladislav Kulaç

28. Abbas İbrahim

"Zirə"nin baş məşqçisi:Rəşad Sadıqov

"Kəpəz"in start heyəti:

96. İqor Rodriqes(GK)

29. Amil Yunanov

7. Ehtiram Şahverdiyev

4. Vüsal Məsimov

88. Şakir Seyidov

22. Rüfət Əhmədov

91. Latir Fal

9. Mate Kvirkviya

78. Yeqor Xvalko (C)

24. Olavale Onanuqa

21. Martins Junior

"Kəpəz"in ehtiyat oyunçuları:

12. Kamran İbrahimov(GK)

18. Elgün Bayramov

3. Vurğun Hüseynov

10. Tural Rzayev

99. Əli Səmədov

8. Elmir Tağıyev

47. Ədilxan Qarəhmədov

20. Mahir Həsənov

6. Nemət Musayev

33. Camal Cəfərov

15. Cavad Kərimov

"Kəpəz"in baş məşqçisi:Adil Şükürov

Günün ikinci qarşılaşmasında "Liv Bona Dea Arena" "Araz-Naxçıvan" "Qəbələ"ni qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu oyunda uğursuzluqlardan xilas olmağa çalışacaq.  "Qəbələ" isə artıq yeni baş məşqçisinin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.

Turun digər görüşləri Bazar günü keçiriləcək.

Bazar günü ilk olaraq

"Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Qarabağ"ı qəbul edəcək. Tovuzlular güclü rəqibindən ən azı doğma publika önünüdə bir xal almağı düşünəcək. Almaniya səfərindən yorğun qayıdan "köhlən atlar" isə səfərdə növbəti qələbəsini qazanmağı düşünəcək.

Günün və turun sonuncu qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt" "Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu"nda "Sabah"ı qəbul edəcək. Gənclik şəhər təmsilçisi bu matçda qələbə qazanaraq ikinci pilləni qoruyub saxlamaq istəyir. "Bayquşlar" isə bu matçda qələbə qazanaraq II pilləyə yüksəlmək haqqında düşünəcək.

Qeyd etdiyimiz kimi Azərbaycan Premyer Liqasının XXVII turuna dünən start verilib. Açılış günündə bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşmasında "Neftçi" "Neftçi Arena"da "Səbail"i qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində "Neftçi" "Səbail"in heyətindən Nir Bardeanın avtoqolu ilə hesabı açıb-"Neftçi"-"Səbail"-1:0.Oyunun 27-ci dəqiqəsində Azər Salahlı "Neftçi"nin ikinci topuna imza atıb-"Neftçi"-"Səbail"-2:0. İlk hissə "ağ-qaralar"ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 85-ci dəqiqəsində Yeqor Beqomolski "Neftçi"nin üçüncü topuna imza atıb-"Neftçi"-"Səbail"-3:0. Bu matçda son qol olub və "Neftçi" 3 xalı 3 cavabsız qolla qazanıb-"Neftçi"-"Səbail"-3:0