Qadınlar nə istəyirlər? - Kişiləri itiririk...

9-05-2024, 13:06
101

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


"Kişilər 41-45də qırıldı qutardı". Yəqin ki, bu sözləri çoxları eşidib. Əvvəl zarafatla deyilsə də, indi gülməli gəlmir. Çünki, artıq həqiqətən də kişilər dominantlığını itirməyə başlayıblar. Bunu elm də sübut edir. Araşdırmalar məlum olub ki, kişilik hormonu sayılan testosteron səviyyəsi ümumi olaraq azalıb.

Testosteron elə bir hormondur ki, kişini kişi kimi formalaşdırır. Məsələn, üzün tüklənməsi, səsin qalınlaşması, möhkəm iradə, aqressivlik birbaşa bu hormonla bağlıdır. Bu hormon isə günümüzdə tamamilə aşağı səviyəyə düşüb. Burada birinci faktor geni dəyişdirilmiş qidalardırsa, ikinci faktor da məhz aparılan təbliğatdır. Aydın məsələdir ki, bugün qadınlar dominant kimi təqdim olunur, kişilər isə qorxaq, həssas.

"Kişi ağlamaz" sözü ilə böyüyən nəsli "Kişilər də ağlasın", "Kişilər də ev işləri görsün", "Kişilər də kosmetik prosedurlar həyata keçirsin" kimi təbliğatlarla yetişən nəsil əvəzləyib. Artıq bugün bütün kinolarda, seriallarda, hətta, kitablarda belə eynicinslilik təbliğ olunur, insana cinsiyyət seçimi şansı verilir, kişilər həssas və xəyanətə uğrayan, qadınlar isə xəyanət edən tərəf kimi təqdim edilir.

Aparıcı Zümrüd Bədəlova deyib ki, enerjimi qarşılayacaq kişi tapmamışam. Seda Sayanın əri isə açıqlamasında bildirib ki, onun enerjisinə dözə biləcək kişi çox az saydadır. Və bu tipdə onlarla açıqlamalar var. Göründüyü kimi, əvvəllər bəzi qadınlar pullu kişilər axtarırdılarsa, hazırda isə sadəcə kişi xarakterli insan axtarırlar. Çünki, qadınların önə çıxarılıb, kişilər isə arxa plana atılması yönündə ciddi təbliğat gedir.

Kişi ilə qadın bərabər ola bilməz. Bioloji olaraq bu mümkün deyil. Əksinə, qadınlar kişilərdən daha üstün varlıqlardır. Onlar daim özlərindən güclü kişilər axtarırlar. Bu gün isə bəzi qadınlar o qədər güclənib, kişilər o qədər zəifləyib ki, nəticədə yüzlərlə insan axtardığı sevgidən məhrum qalıb. Çünki, kişi özündən zəifi, qadın isə özündən güclüsünü istəyir. Balans isə tamamilə pozulub...


   //milli.az