"Tottenhem"in baş məşqçisi: ""Qarabağ" çox yaxşı oynadı"

18-09-2015, 15:12
458

"Tottenhem"in baş məşqçisi: ""Qarabağ" çox yaxşı oynadı"
"Oyun bizim üçün asan keçmədi. Erkən qol buraxdıq. Ancaq şadam ki, komandam xarakter göstərərək qələbə qazandı".

Bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra deyib.

43 yaşlı mütəxəssis "Qarabağ"ın yaxşı mübarizə apardığını bildirib: ""Qarabağ" yaxşı komandadır. Bu komanda gözəl oyun fəlsəfəsinə malikdir. Rəqib bu gün çox yaxşı oynadı. Qalib gəldiyimiz üçün şadam. Avropa Liqasını qazanmaq asan deyil. Bu nə dərəcədə realdır, böyük sualdır. Ancaq biz turnirin finalına qədər irəliləyib, kuboku qazanmağa çalışacağıq".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Qarabağ"ı qəbul edən "Tottenhem" 3:1 hesabı ilə qələbə qazanıb.

  //Qol.az