Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə qarşı

17-09-2015, 13:07
372

 Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə qarşı
Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçiriləcək.

Ardıcıl ikinci ildir ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" da qrupda ilk oyununa çıxacaq.

Ağdam təmsilçisi səfərdə İngiltərənin köklü klublarından olan "Tottenhem"lə qarşılaşacaq. Rəqib həm cütün, həm də qrupun favoriti hesab olunur. Bununla belə Qurban Qurbanovun rəhbərlik etdiyi komandamızdan uğurlu nəticə gözləyənlər az deyil.

Bu görüş, həmçinin, Azərbaycan və ingilis klubları arasında ilk görüş kimi əlamətdar olacaq.

Londonda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

17 sentyabr

Avropa Liqasının qrup mərhələsi, I tur

 
00:05. "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)
London. "Uayt Hart Leyn".

   //Qol.az