"Neftçi"nin baş məşqçisi rəsmən açıqlandı

24-12-2015, 10:51
225

"Neftçi"nin baş məşqçisi rəsmən açıqlandı"Neftçi”ninMüşahidə Şurasının iclası keçirilib.

İclasda iki qərar qəbul edilib.

Bunlardan biri baş məşqçi məsələsi olub. Komandanın əcnəbi mütəxəssisə tapşırılması gözlənilsə də, Müşahidə Şurası fərqli qərar qəbul edib. Belə ki, Əsgər Abdullayev baş məşqçi postunda saxlanılıb. Müşahidə Şurası əlavə olaraq klubun maddi xərclərinin mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırılmasına da qərar verib. Bu barədə İcraçı direktor Elnur Məmmədova müvafiq tapşırıq verilib.


Ölkə mətbuatında "Neftçi" klubunun rəhbərliyinin yeni baş məşqçi axtarışlarını Serbiyada apardığı barədə məlumatlar yayılmışdı. Yazılanlara görə, Serbiyanın "Radniçki" komandasında çalışan Milan Rastavaç paytaxt təmsilçisində çalışa bilər.

   //ANS Press