Azərbaycan Kubokunda "Böyük oyun"

3-12-2015, 15:48
310

Azərbaycan Kubokunda "Böyük oyun"Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan 6 komanda müəyyənləşib.

Dünən keçirilən oyunlardan sonra "Qarabağ", "Xəzər Lənkəran", "Neftçi", "Zirə", "İnter" və "Sumqayıt" mərhələ adlayıb.

Artıq 1/4 finalın iki cütlüyünə də aydınlıq gəlib. Bu mərhələdə "Böyük oyun" baş tutacaq. Belə ki, "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"yə rəqib olub. "Sumqayıt" isə "Qarabağ"la qarşılaşacaq. Bu klublara qoşulacaq daha iki komandanın adına bu gün aydınlıq gələcək. "İnter" "Rəvan" - "Bakı" cütünün, "Zirə" "Qəbələ" - "Mil-Muğan" cütünün qalibi ilə qarşılaşacaq.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr
Turan Tovuz - İnter 1:3
Qollar: Azər Məmmədov, 15 - Səbayel Bağırov, 5 (avtoqol). Laşa Kasradze, 24. Abbas Hüseynov, 27.

Neftçala - Sumqayıt 0:1
Qol: Pərdis Fərcad-Azad, 90.

AZAL - Zirə 1:2
Qollar: Aleksandr Quruli, 90+2 - Nelson Bonilla, 30; 87.

Xəzər Lənkəran - Kəpəz 1:0
Qol: Kamran Abdullazadə, 14.

Qarabağ - Şəmkir 2:0
Qollar: Cavid Tağıyev, 72. Samuel Armenteros, 83.

Neftçi - Qaradağ-Lökbatan 8:0
Qollar: Kaue da Silva, 5. Rəhman Hacıyev, 19. Elşən Abdullayev, 32; 62. Ruslan Qurbanov, 34; 52. Cavid İmamverdiyev, 36. Məhəmməd Qurbanov, 84.

3 dekabr (cümə axşamı)

20:00. "Rəvan” – "Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Rövşən Əhmədov
"Bayıl Arena”, 20:00

17:00."Qəbələ" – "Mil-Muğan”
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 17:00

   //Nəzər Media.az