Zlatan İbrahimoviçin “Milan”a dönüşü rəsmiləşdi

28-12-2019, 11:50
184


İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçin İtaliyanın "Milan" klubuna keçidi rəsmiləşib.

Nəzər Media.az apasport.az-a istinadən bildirir ki, təcrübəli hücumçu ilə A seriyası təmsilçisi arasında müqavilə imzalanıb.

Anlaşma 1+1 il müddətinə nəzərdə tutulub. 38 yaşlı skandinaviyalı Milanın eyniadlı təmsilçisində cari mövsümdə 3 milyon avro qazanacaq. Növbəti mövsüm isə onun qazancı bonuslarla birlikdə 4,5-6 milyon aralığında olacaq.


Qeyd edək ki, Z.İbrahimoviç 2010-12-ci illərdə də "Milan"ın şərəfini qoruyub. Onun son klubu isə ABŞ-ın "Los-Anceles Qalaksi" komandası olub. O, MLS-in 2019-cu il mövsümündə 31 oyunda 31 qol vurub.