İbrahimoviçin gələcəyi bəlli oldu

15-03-2016, 12:12
330

İbrahimoviçin gələcəyi bəlli olduHesabat turunda "Trua"nı 9:0 hesablı darmadağın edən PSJ mövsümün sonuna 8 tur qalmış çempionluğunu bayram etdi.

Oyunda poker edən parislilərin aparıcı üzvü Zlatan İbrahimoviç klubda qalıb-qalmayacağına aydınlıq gətirib.

"Növbəti mövsüm PSJ-də olmayacam. 1,5 ay burdayam. Fikrimcə, bu klubdakı işim başa çatdı", - deyə PSJ-də 4 dəfə ardıcıl çempionluq yaşayan ulduz futbolçu bildirib.

İbrahimoviçin PSJ ilə müqaviləsi yayda başa çatacaq və o, Fransa klubunu tərk etmək fikrindədir. İsveçli futbolçunun İngiltərə Premyer Liqasında oynamaq istədiyi və bu ölkədən təkliflər aldığı da bildirilir.

34 yaşlı ulduzla həmçinin ABŞ klubları da maraqlanır. Bundan əlavə Zlatan İbrahimoviçə futbol tarixində ən böyük təklifi gəlib. Çinin "Şanxay Şenhua" klubu isveçli ulduza fantastik maaş təklif edib.

Zlatana son təklif "Şanxay Şenhua"dan gəlib. İddialara görə, Çin klubu ona 1 illik müqavilə üçün 40 milyon avro (təxminən 75 milyon 512 min manat) təklif edib. Zlatan PSJ-də illik 15 milyon avro (təxminən 27 milyon 567 min manat) maaş alır. Bu reallaşsa, İbra futbol tarxində ən çox maaş alan futbolçu olacaq.

  //ANS Press