Blatter və Platininin şikayətlərinə baxılmayacaq

18-11-2015, 22:23
268

Blatter və Platininin şikayətlərinə baxılmayacaqBeynəlxalq Futbol Federasiyası tərəfindən FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin 90 günlük səlahətlərindən məhrum olunması barədə qərarın apelyasiya şikayətlərinə baxılmayacaq.

Bu barədə xəbər BBC-də yer alıb.

Səlahətlərinin əlindən alınmasına görə UEFA prezidenti Mişel Platini FİFA prezidenti seçkilərində iştirak edə bilməyəcək.

FİFA prezidenti Yozef Blatterlə yanaşı UEFA prezidenti Mişel Platinin də səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayət işi açıb.

Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.

   //ANS Press