2 prezidentin səlahiyyəti əlindən alındı

8-10-2015, 18:17
269

2 prezidentin səlahiyyəti əlindən alındı
FİFA prezidenti Yozef Blatterin müşaviri Klaus Ştelkerin sözlərinə görə Blatterin səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda UEFA-nın prezidenti Mişel Platiniyə qarşı da bu cəza tətbiq olunub.

İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayyət işi açıb. Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.

Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir. Bu ilin may ayının 29-da isə Blatter 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq.

   //ANS Press