"Koutinyo Neymarla eyni səviyyədə oynayır"

28-03-2018, 13:23
180


PSJ və Braziliya millisinin müdafiəçisi Dani Alveş həmyerlisi Filippe Koutinyonun inkişafını nəzərdən keçirib.

Təcrübəli futbolçu bunları deyib:

"Koutinyo Neymarla eyni səviyyədə oynayır. O, milli və klubunun oyununa böyük təsir göstərir. "Liverpul", indi də "Barselona"da nəyə qadir olduğunu göstərir. Oyunu oxumaq və düzgün qərarlar qəbul etməyi öyrənib. Bunu görmək və belə səviyyədə olan futbolçu ilə oynamaq xoşdur".

//Goal.az