Cerrard Kloppu dəstəklədi - "Ona inamım sonsuzdur"

4-10-2017, 13:45
162


Stiven Cerrard "Liverpul"un cari mövsümdəki çıxışını dəyərləndirib.

Veteran futbolçu "Qırmızılar"ın cari mövsüm uğurlu nəticə qazanmağa qadir olduğunu söyləyib:

"Turnir cədvəli yalan danışmır. "Liverpul" indi yüksək yerlərdə deyil. Buna baxmayaraq, komandanın sərgilədiyi oyunu bəyənirəm.

Yurgen Kloppa heyranam. Düşünürəm ki, o, "Liverpul"u yalnız irəli aparır. Hiss olunur ki, Yurgen də baş verənlərdən razı deyil.

Unutmayaq ki, "Liverpul" cəmi 7 oyun keçirib. Qarşıda hələ uzun mövsüm var. Kloppa inamım sonsuzdur. Əminəm ki, onun rəhbərliyi altında komanda tezliklə irəli gedəcək".

Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra aktivində 12 xal olan "Liverpul" yeddinci pillədə qərarlaşıb.

//Qol.az