Qadın gimnastlarımız turniri üçüncü yerdə bitirdi

1-09-2015, 22:09
487

 Qadın gimnastlarımız turniri üçüncü yerdə bitirdi

Gürcüstanın Batumi şəhərində keçirilən idman gimnastikası üzrə beynəlxalq turnirə yekun vurulub.
Turnirdə Azərbaycan millisidə iştirak edib. Yarışa qatılan qadın gimnastlarımızın qazancı 6 medal olub.

Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşınadan ibarət komandamız yalnız Rusiya yığmasından geri qalaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Gürcüstan isə üçüncü yerdə qərarlaşıb.

Nekrasova şəxsi hesabına 4 bürünc medal yazmaqla da fərqlənib. O, çoxnövçülükdə, dayaqla tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə 3-cü yeri tutub. Digər təmsilçimiz İnşına isə gimnastika tirində bürünc medal qazanıb.

  //ANS Press