Azərbaycan idmançısından daha bir medal

13-03-2016, 22:31
351

Azərbaycan idmançısından daha bir medalBu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında iki güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.

Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində mübarizə aparan Kamran Məmmədov bürünc medal uğrunda görüşdə litvalı rəqibi Edqaras Ventskaitis üzərində 6:3 hesablı qələbə qazanıb.

98 kq dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə Belarus idmançısı Aleksandr Hrabovika 6:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, çempionatda sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulur.

71 kq
1/16 final - Kristaps Kalnakarklis (LAT) - Həsən Əliyev

75 kq
1/16 final - Elvin Mürsəliyev - Jevgenijs Kolcovs (LAT)

80 kq
1/16 final - Rafael Samurqaşev (MNE) - Rafiq Hüseynov

85 kq
1/16 final - Tadeusz Mixalik (POL) - İslam Abbasov

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

   //ANS Press