Ronaldo tarixə düşdü

19-10-2015, 12:35
508

Ronaldo tarixə düşdü
"Real" Madridin portuqaliyalı ulduzu Kriştiano Ronaldo daha bir rekorda sahib olub.
Təcrübəli hücumçu La Liqanın son turunda "Levante" ilə görüşdə fərqlənməklə "Real"ın ən çox qol vuran futbolçusu olub.

Ulduz futbolçu Madrid təmsilçisinin heyətində 324-cü qolunu vurmaqla tarixə düşən Raul Qonzalesi (323) qabaqlayıb.

Bir neçə gün əvvəl Kriştianu Ronaldo 4-cü dəfə "Qızıl buts" mükafatını alıb. Portuqaliyalı ulduz futbolçu futbol üzrə İspaniya La Liqasının 2014/2015 mövsümündə 35 matçda ümumilikdə 48 qol vurub. Bu Ronaldonun "Real"da aldığı 3-cü "Qızıl buts" mükafatıdır. İspaniyanın Madrid şəhərində keçirilən təltif etmə mərasimində ulduz futbolçu ilə yanaşı Kral klubunun prezidenti Florentino Perez, klubun baş məşqçisi Rafael Benitez iştirak edib. Mərasimdə həmdə Ronaldonun anası və oğlu olub.

O, ilk dəfə "Qızıl buts" mükafatını 2008-ci ildə alıb. Həmin mükafat ona "Mançester Yunayted" klubunda Avropanın ən çox qol vuran futbolçusu olduğu üçün verilib. Qalan 3 mükafatı isə o "Real Madrid" klubunun futbolçusu kimi alıb. Ronaldo cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Malmö" klubunun qapısına vurduğu 2 qolla Raulun rekordunu təkrarlayıb. Hazırda hər iki futbolçunun hesabında 323 qol var.

   //ANS Press