"Bavariya" "Hamburq"u topa tutdu, "Borussiya"dan səfər qələbəsi

27-02-2017, 13:07
330

"Bavariya" "Hamburq"u topa tutdu, "Borussiya"dan səfər qələbəsiAlmaniya Bundesliqasında XXII tura yekun vurulub.

Turun ilk oyununda "Volfsburq" "Verder"i qəbul edib.

Liderlərdən "Leyptsiq" "Köln"ü məğlubiyyətə uğrdaıb. "Borussiya" isə "Frayburq"u səfərdə xalsız qoyub.
 
Son 3 turda yalnız bir qələbə qazana bilən lider "Bavariya" isə evdə aşağı pillələrdə qərarlaşmış "Hamburq"u meydana çıxmağına peşman edib.
 
Almaniya Bundesliqası
XXII tur
 
24 fevral
"Volfsburq" - "Verder" - 1:2
Qollar: Mayoral, 19 - Qnabri, 10, 18
 
25 fevral
"Bayer" - "Maynts" - 0:2
Qollar: Bell, 3, Öztunalı, 11
 
"Bavariya" - "Hamburq" - 8:0
Qollar: Vidal, 17, Levandovski, 24, 42, 54, Alaba, 56, Koman, 65, 69, Robben, 87
 
"Leyptsiq" - "Köln" - 3:1
Qollar: Forsberq, 5, Maroh, 34 (öz qapısına), Verner, 61 - Osaka, 53
 
"Frayburq" - "Borussiya" D - 0:3
Qollar: Sokratis, 13, Obameyanq, 55, 70
 
"Darmştadt" - "Auqsburq" - 1:2
Qollar: Heller, 47 - Verhaye, 55 (pen.), Bobadila, 85
 
"Herta" - "Ayntraxt" - 2:0
Qollar: İbişeviç, 52. Darida, 83.
 
26 fevral
"İnqolştadt" - "Borussiya" M. - 0:2
Qollar: Ştindl, 61. Han, 90+1.
 
"Şalke" - "Hoffenhaym" - 1:1
Qollar: Şöpf, 6 - Rudi, 79

   //apasport.az