Daha bir idmançımız dünya çempionatında medal qazandı

18-11-2016, 22:23
251

Daha bir idmançımız dünya çempionatında medal qazandıKanadanın Bernabi şəhərində gənc taekvondoçular arasında keçirilən dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb.

İkinci yarış günündə 55 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov gümüş medala sahib olub. Ardıcıl olaraq, ukraynalı, çinli, meksikalı, italiyalı və iranlı rəqiblərini məğlub edən Maqomedov finalda cənubi koreyalıya uduzub.

Qeyd edək ki, bu, dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı olub. İlk yarış günündə Ayaz Qəmbərli (45 kq) bürünc medala yiyələnib.  

   //report