"Fənərbağça" səfərdən 3 xalla dönür

25-10-2016, 14:44
250

"Fənərbağça" səfərdən 3 xalla dönürTürkiyə Superliqasında 8-ci turun oyunlarına yekun vurulub.

Son oyun günündə bir qarşılaşma keçirilib.

"Fənərbağça" səfərdə "Konyaspor"un qonağı olub. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Emanuel Emenike matçın 25-ci dəqiqəsində penaltidən fərqlənib.

Bu qələbə ilə xalını 12-yə çatdıran İstanbul klubu 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, ilk pillənin sahibi 20 xalla "Başakşəhər"di. İkinci pillədə olan "Beşiktaş"ın da 20 xalı var. "Qalatasaray" isə 17 xalla üçüncüdür.

  //Qol.az