Rio-2016: Yağış bütün planları pozdu - FOTO

16-08-2016, 13:02
194

Rio-2016: Yağış bütün planları pozdu - FOTOBraziliyanın Rio-de-Janeyro şəhərində dünən leysan yağıb. Yay Olimpiya Oyunlarının keçirildiyi şəhərdə yağış şüvüllə tullanma, çəkic atma, 110 metr məsafəyə qaçma və Quanabara körfəzindəki üzgüçülük yarışları üçün problemlər yaradıb.
Yağış səbəbindən kişilər arasında 800 metr, qadınlar arasında 400 metr məsafəyə qaçış yarışları nəzərdə tutulan vaxtdan gec başlanıb.

Yağış az öncə kəsilib və yarışlar bərpa olunub.
 
//Abdulla,Nezer Media.az