Ankarada şiddətli yağış

28-08-2016, 22:43
349

Ankarada şiddətli yağışAnkarada axşam saatlarından başlayan güclü yağış paytaxt sakinlərinə zor anlar yaşadıb.

Anadolu agentliyinin məlumatına görə, güclü yağış prospekt və küçələrdə su yığınlarının əmələ gəlməsinə, bəzi yolların və yeraltı keçidlərin isə su altında qalmasına səbəb olub. Şəhərin müxtəlif yerlərində bəzi ev və iş yerlərini də su basıb.

Leysan yağışları səbəbindən bır sıra yollarda avtomobil nəqliyyatında sıxlıq yaranıb. Hazırda güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində ciddi iş aparılır.

   //AzərTAc