Maldini: "Mənə elə gəlir ki, komandada birlik yoxdur"

25-05-2016, 14:19
206

Maldini: "Mənə elə gəlir ki, komandada birlik yoxdur""Milan"ın əfsanəvi müdafiəçisi Paolo Maldini doğma klubuna kömək etməyə hazırdır.

Maldini təklif alacağı halda onu dəyərləndirmək fikrindədir.

"Komanda və klubun çətin anlarında susmağın daha yaxşı olduğunu deyə bilərəm. Amma Berluskoninin sözlərini yada salacam. Maldini ailəsi üçün çox şey edən "Milan"a kömək etmək şansım olacaqsa, mən hazıram. Mənə elə gəlir ki, komandada birlik yoxdur. Fikrimcə, məni işə qəbul edəcəklər. Hamı kim olduğumu bilir".

   //Goal.az