"Brilyantlarımızı satmırıq"

29-08-2016, 15:47
221

"Brilyantlarımızı satmırıq""Milan"ın vitse-prezidenti Adriano Qalliani artıq klubun transfer fəaliyyətini başa vurduğunu bildirib. İtalyan funksioner Paşaliçin yay üçün son transfer olduğunu qeyd edib.

"Transfer bazarında işimi yekunlaşıb. Hazırki heyətdən futbolçu getməsə, yenisi gəlməyəcək. Mario Paşaliçi transfer etdik. Mövsümün birinci yarısını bu komanda ilə oynayacağıq. Xose Maurinin bir neçə təklif aldığı doğrudur. Qərarı futbolçunun özü verməlidir. Yeni həftədə onun agenti ilə görüşəcəm. "Milan"da hər mövqe tamamlanıb".

Qalliani gənc müdafiəçisi Alessio Romanyollinin "Chelsea" klubuna keçəcəyini də istisna edib.

"Romanyollini komandada saxladıq. Əlverişli təklif göndərən "Chelsea"yə təşəkkürümü bildirirəm. Amma brilyantlarımızı satmırıq. Mattia De Şilyo və Canluici Donnarumma da bu siyahıya daxildir. Karlos Bakkanın qalmasını məqsədəuyğun hesab etdik. Hər birimiz rahatıq".

   //Goal.az