"Nant"ın futbolçusundan "Qarabağ"la bağlı maraqlı açıqlama

19-09-2022, 23:58
218

BUGUNBİLDİM.COM



"Nant"ın futbolçusu Samuel Mutussami Liqa 1-in 8-ci turunda "Lans" oyun öncəsi keçirilən mətbuat konfransında iştirak edib.
Nəzər Media.az Offsideplus.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"a (0:3) məğlub olduqları görüşlə bağlı fikirlərini də bildirib:

"İlk hissədə yaxşı çıxış etdik. İkinci hissə zəif təsir bağışladıq. Bunun nəticəsində də bir pillə aşağı endik və bizi nokauta saldılar. "Qarabağ" bizdən daha intensiv və təsirli idi".

Qeyd edək ki, bu gün keçiriləcək "Nant" - "Lans" matçı Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.