"Qarabağ"ın futbolçusu serblərə qarşı

8-10-2015, 18:14
344

"Qarabağ"ın futbolçusu serblərə qarşı
Bu gün AVRO 2016-nın seçmə mərhələsinin növbəti turuna start veriləcək.

"D", "F", "İ" qruplarında ümumilikdə 8 oyun baş tutacaq.

"D" qrupunun oyunları:
Gürcüstan - Cəbəllütariq
İrlandiya - Almaniya
Şotlandiya - Polşa

"F" qrupunun oyunları:
Macarıstan - Farer adaları
Şimali İrlandiya - Yunanıstan
Rumıniya - Finlandiya

"İ" qrupunun oyunları:
Portuqaliya - Danimarka
Albaniya - Serbiya

"D" qrupunda Gürcüstan evdə Cəbəllütariq millisini qəbul edəcək. Oyun Boris Payçadze adına stadionda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Gürcüstan milli komandası seçmə mərhələdə 8 oyun keçirib, bunlardan 2-də qalib gəlib, 6-da məğlub olub, heç-heçə ilə bitən oyunlar isə qeydə alınmayıb. Cəbəllütariq isə keçirdiyi 8 oyunun hamısında məğlub olub.


İrlandiya isə Almaniya ilə üz-üzə gələcək. Oyun "Aviva Stedium" arenasında baş tutacaq. İrlandiya - Almaniya matçı Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

İrlandiya milli komandası seçmə mərhələdə 8 oyun keçirib, bunlardan 4-də qələbə qazanıb, 1-də məğlub olub. 3 oyun isə heç-heçə ilə nəticələnib. Bundestim isə 8 oyunun 6-da qələbə qazanıb, 1-də məğlub olub və 1 oyundan isə sülhlə ayrılıb.

Şotlandiya millisi "Hempden Park"da Polşanı qonağ edəcək.

Şotlandiya keçirdiyi 8 oyunun 3-də qələbə qazanıb, 3-də məğlub olub, 2 oyun isə heç-heçə ilə nəticələnib. Polşaya gəlincə, keçirdiyi 8 oyunun 5-də Polşa millisi qələbə qazanıb, 1-də məğlub olub, 2 oyundan isə sülhlə ayrılıb. Şotlandiya - Polşa matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

"F" qrupunda Macarıstan doğma divarlar arasında Macarıstan millisi Farer adaları ilə qarşılaşacaq. Oyun "Qrupama arena" stadionunda baş tutacaq. Macarıstan yığması keçirdiyi 8 oyunun 3-də qələbə qazanıb, 1 oyunda məğlub olub, 4 matç isə heç-heçə ilə nəticələnib. Farer adaları isə 8 oyunun 2-də qələbə qazanıb, 6 oyunda isə məğlub olub. Macarıstan - Farer adaları matçı Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Şimali İrlandiya "Vindzor Park" stadionunda Yunanıstanı qəbul edəcək. Şimali İrlandiya 8 oyun keçirib ki, onlardan 5-də qələbə qazanıb, 1-də məğlub olub, 2 oyun isə heç-heçə ilə bitib. Yunanıstan isə 8 oyunun 5-də məğlub olub, 3 oyunda isə qalibin adına aydınlıq gəlməyib. Şimali İrlandiya - Yunanıstan matçı Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Rumıniya evdə Finlandiyanı qonaq edəcək. Oyun Buxarestin Milli stadionunda baş tutacaq. Ruminiya millisi 8 oyunun 4-də qələbə qazanıb, 4 oyunda isə heç-heçə qeydə alınıb. Finlandiya millisinə gəlincə, 8 oyunda 3 qələbə qazanan Finlandiya millisi, 4 oyunda məğlub olub, 1 oyundan isə sülhlə ayrılıb. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"İ" qrupunda isə Portuqaliya millisi Danimarkanı qəbul edəcək. Oyun "Munisipal de Braqa" stadionunda keçiriləcək. Portuqaliya millisi 6 oyun keçirib, bu oyunların 5-də qələbə qazanıb, 1 oyunda isə məğlub olub. Danimarka isə 7 oyun keçirib, onlardan 3-də qələbə qazanıb, 1-də məğlub olub, 3 oyun isə heç-heçə ilə nəticələnib. Portuqaliya - Danimarka matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

"Qarabağ" klubunun futbolçusu Ansi Aqollinində yer aldığı Albaniya millisi evdə Serbiyanı qonağ edəcək. Oyun "Rujdi Bijuta" stadionunda keçiriləcək. Albaniya millisi 6 oyun keçirib ki, bunlardan 3-də qələbə qazanıb, 1-də məğlub olub, 2 oyunda isə qalib müəyyənləşməyib. Serbiya isə 6 oyunun cəmi 1-də qələbə qazanıb, 4 oyunda məğlub olub, 1 oyun isə heç-heçə ilə nəticələnib. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

   //ANS Press