Futbolçuları "Neftçi"ni cəriməyə saldılar

16-02-2016, 17:03
372

Futbolçuları "Neftçi"ni cəriməyə saldılarBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

Aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və əvəzedicilərin çempionatının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının 21-ci turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 21-ci turunun "Zirə" - "Rəvan" matçının 85-ci dəqiqəsində "Rəvan"ın futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Əvəzedici heyətlərin 21-ci turunun "Zirə" - "Rəvan" matçında "Zirə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

   //goal.az