"Qarabağ" limona görə 2000 cərimələndi

9-02-2016, 15:10
319

"Qarabağ" limona görə 2000 cərimələndiAFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. "Qarabağ" futbol klubunun azarkeşlərinin "Xəzər Lənkəran" klubu ilə matçda meydana limon atmaları kluba baha başa gəlib.

Toplantıda 6 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XX turunun "Qarabağ” – "Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub 200 manat cərimə olunur.

Oyunun 2-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Məlumat üçün bildirək ki, azarkeşlər meydana limon atıblar.

XXIV Topaz Premyer Liqasının XX turunun "Neftçi” – "Rəvan” matçında "Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində "Neftçi”nin futbolçusu Jaro Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində "Rəvan” klubunun futbolçusu Hamid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə edilib.

Ümumiyyətlə toplantıda klublar müxtəlif pozuntulara görə, 1900 manat cərimə edilib.

   //Nəzər  Media.az