Çempion bu tur qalib gələ bilmədi

27-04-2022, 18:30
127

BUGUNBİLDİM.COM



Dünən futbol üzrə Azərbaycan I divizinonunda XXIII tura start verilib. PFL bu günə dörd qarşılaşma təyin edib.

Təyin olunan qarşılaşmaların birində "Sabah-2" "Binə Qəsəbə Stadionu"nda "Qaradağ Lökbatan"ı qəbul edib. Hakim Elvin Bayramovun idarə etdiyi görüşün 42-ci dəqiqəsində "Qaradağ Lökbatan" Sabir Allahquliyevin qolu ilə hesabı açdı -"Sabah" - "Qaradağ Lökbatan" - 0:1. Oyunun 45-ci dəqiqəsində Nazim Həsənzadə "Sabah-2"nin bərabərlik topuna imza atdı -"Sabah" - "Qaradağ Lökbatan" - 1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatdı -"Sabah" - "Qaradağ Lökbatan" - 1:1. Oyunun 59-cu dəqiqəsində "Qaradağ Lökbatan"ın heyətində Nodar Məmmədov avtaqola imza ataraq "Sabah-2"nin hesabda irəli çıxmasını təmin etid- -"Sabah" - "Qaradağ Lökbatan" - 2:1. Oyunun 79-cu dəqiqəsində Elnur Cəfərov "Qaradağ Lökbatan"ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirdi- "Sabah" - "Qaradağ Lökbatan" -2:2. Oyunun 90+4-cü dəqiqəsində "Sabah-2"nin heyətindən Fərid Kərimzadə ikinci sarı vərəqəni alaraq meydan qovuldu. Bundan sonra oyunda yadda qalan hadisə olmadı və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular- "Sabah" - "Qaradağ Lökbatan" - 2:2.

Qeyd edək ki, "Qaradağ Lökbatan" keçən tur I divizionun qalibi adını əvvəlcədən rəsmiləşdirə bilib.