"ASCO Arena"da hesab açılmadı

27-04-2022, 18:20
157

BUGUNBİLDİM.COM



Dünən futbol üzrə Azərbaycan I divizinonunda XXIII tura start verilib. PFL bu günə dörd qarşılaşma təyin edib.

Təyin olunan qarşılaşmaların birində "Səbail-2" "ASCO Arena"da "Neftçi-2"ni qəbul edib. Hakim Səbuhi Bayramovun idarə etdiyi qarşılaşmanın ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Səbail-2"-"Neftçi-2"-0:0. Görüşün 80-cı dəqiqəsində "Neftçi-2"nin heyətindən Elton Əlibəyli qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib- "Səbail-2"-"Neftçi-2"-0:0. Oyunun ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitdi- -"Səbail-2"-"Neftçi-2"-0:0.