"Kəpəz" Bakıda məğlub oldu

27-04-2022, 18:15
136

BUGUNBİLDİM.COM



Dünən futbol üzrə Azərbaycan I divizinonunda XXIII tura start verilib. PFL bu günə dörd qarşılaşma təyin edib.

Təyin olunan qarşılaşmaların birində "ASK Arena"da "Zirə-2" qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Hakim Rauf Allahverdiyevin idarə etdiyi qarşılaşmanın 15-ci dəqiqəsində "Zirə-2" Ramin Abdullayevin qolu ilə hesabı açdı- "Zirə-2"-"Kəpəz"-1:0. Oyunun 23-cü dəqiqəsində "Kəpəz" Bəhruz Teymurovun qolu ilə hesabı bərabərləşdirib - "Zirə-2"-"Kəpəz"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb - "Zirə-2"-"Kəpəz"-1:1. Oyunun 66-cı dəqiqəsində Cavad Qurbanlı "Zirə-2"nin ikinci topuna imza ataraq komandanı yenidən hesabda irəli çıxartdı - "Zirə-2"-"Kəpəz"-2:1. Oyunun 72-ci dəqiqəsində Cavad Kərimov "Kəpəz"in ikinci topuna imza ataraq ikinci dəfə hesabı bərabərləşdirdi - "Zirə-2"-"Kəpəz"-2:2. Oynun 85-ci dəqiqəsində Tamerlan Bürcəliyev "Zirə-2"nin üçüncü topuna imza ataraq üçüncü dəfə komandasını hesabda irəli çıxartdı - "Zirə-2"-"Kəpəz"-3:2. Bu oyunda vurulan son qol oldu və "Zirə-2" matçda 3:2 qalib ayrıldı.