Bakıda kişinin başını kəsdilər

11-11-2015, 13:35
481

Bakıda kişinin başını kəsdilərBakıda dəhşətli qətl hadisəsi törədilib. Şəxsiyyəti hələlik məlum olmayan kişinin başı kəsilib.

Nizami Rayon Polis İdarəsindən  verilən məlumatına görə, hadisə bu gün səhər saatlarında Qara Qarayev 55 ünvanında qeydə alınıb. 25-30 yaşlarında kişinin küçənin ortasında naməlum şəxs tərəfindən boğazı kəsilib.

Hazırda Nizami Rayon Polis və prokurorluq əməkdaşları faktla bağlı iş aparır. Hadisəni törədən şəxs və ya şəxslərin, eləcə də qətlə yetirilən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Nizami Rayon Prokurorluğundan da  bildirdilər ki, hazırda müstəntiq hadisə yerindədir və cinayətlə bağlı dəqiqləşdirilmələr aparılır.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Keçən ilin may ayının 12-də paytaxtda başı kəsilmiş kişi meyiti tapılmışdı. Araşdırmalar zamanı həmin şəxsin Lənkəran rayon sakini olduğu müəyyən edilmişdi. İltifat Mehralıyevin baş və boğaz nahiyələrində kəsilmiş xəsarətləri olan meyiti Sabuncu rayonu Bakıxanov qəsəbəsindəki kirayədə yaşadığı evdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfibndən aşkarlanmışdı.

   //ANS Press