İntihar cəhdinin qarşısı alınıb

22-12-2015, 14:09
301

İntihar cəhdinin qarşısı alınıbFövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonunda bir nəfərin birmərtəbəli evin damına intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafızə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:29-da başa çatıb.

   //milli.az