Sumqayıtda intihar cəhdinin qarşısı alınıb

25-05-2016, 14:11
274

Sumqayıtda intihar cəhdinin qarşısı alınıbFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, bir nəfərin intihar etmək məqsədi ilə hündürmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

   //APA