Bakıda hündürmərtəbəli binada yanğın

4-11-2015, 14:03
388

Bakıda hündürmərtəbəli binada yanğınAbşeron rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə Xırdalan şəhərində qeydə alınıb.

Abşeron Rayon İcra hakimiyyətindın  verilən məlumata görə, Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə küçəsində 12 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən elektrik lövhəsinin çıxış kabelində yanğın başlayıb. Dərhal əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğından mühafizə briqadasının canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb edilib.

Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Onlardan bəziləri azyaşlı olub. Binanın şaxtasından keçən kabellər yanğından mühafizə olunub. Lakin buna baxmayaraq 3 p.m (paqometr) kabel yanıb.

İcradan onu da bildirdilər ki, hazırda yanan kabellər dəyişdirilib və binaya elektrik enerjisinin verilişi bərpa olunub. Hadisəyə ilkin ehtimal naqillərin həddindən artıq yüklənməsi göstərilir.

Oktyabrın 30-da Paytaxtın Xətai rayonunda da doqquzmərtəbəli binada yanğın baş verib.

Hadisə rayonun Gəncə prospekti 52 ünvanındakı doqquz mərtəbəli binanın yeddinci mərtəbəsində qeydə alınıb. Yanğın zamanı binanın pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb. Hadisə zamanı bina sakinləri təxliyyə edilib və mənzilər yanğından mühafizə olunub.

İcra Hakimiyyətindən yanğına səbəb kimi, binada qazın olmamasını və bu səbəbdən də sakinlərin elektrik enerjisindən həddindən artıq çox istifadə etməsi göstərdilər.

   //ANS Press