Bakıda hündürlükdən yıxılan fəhlənin ayağı qırılıb

28-03-2018, 13:26
214


Bakıda fəhlənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Asəf Fətullayev Bakıdakı qohumunun evinin dam örtüyünü vurarkən hündürlükdən yerə yıxılıb.

Ağır xəsarət alan Asəf Fətullayevə əvvəlcə ilkin tibbi müayinə göstərilsə də, sonradan o, yaşadığı ərazi üzrə Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə aparılıb. Yaralının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 47 yaşlı usta yıxılarkən bir ayağı sınıb və o, ağır kəllə-beyin travması alıb. Hazırda A.Fətullayevin vəziyyəti ağırdır.

//Report