Qaradağda dağlıq ərazidə köməksiz qalan 4 nəfər xilas edilib

2-02-2018, 15:27
148


Dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:30-da başa çatıb.

//milli.az