85 yaşlı qadın evində köməksiz vəziyyətdə öldü

31-10-2016, 12:48
284

85 yaşlı qadın evində köməksiz vəziyyətdə öldüFövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın cəsədini aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 00:40-da başa çatıb.

   //milli.az