Bakıda dəhşətli cinayət: arvadını yastıqla boğub öldürdü

22-01-2018, 11:59
221


Bakıda qətl törədilib. NəzərMedia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib
.
Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.