Azərbaycanda canavarlar çobanlara hücum etdi

26-10-2015, 22:31
278

Azərbaycanda canavarlar çobanlara hücum etdiAğsu rayonunda canavarlar yerli sakinlərə hücum edib, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə axşam saatlarında rayonun Padar və Növcü kəndləri arasındakı otlaq sahəsində baş verib. Padar kənd sakini, 1981-ci il təvəllüdlü Bəhramov Behruz İsa oğlu və Növcü kəndində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Məhərrəmov İlham Amil oğlu otlaq sahəsindən qoyunları kəndə apararkən qəflətən canavarların hücumuna məruz qalıblar.

Hücum nəticəsində onlar boğaz və üz nahiyyəsindən xəsarət alıblar. Yaralılar qohumları tərəfindən Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsindən bildiriblər ki, xəstələr əməliyyat olunub, onların vəziyyəti ağır olaraq qalır.

   //ANS