Göyçay rayonunda canavarlar 38 baş qoyunu parçalayıb.
Hadisə ötən gecə rayonun Yalman kəndində qeydə alınıb. Kənd sakini Salahov Rəhman Saleh oğluna məxsus qoyunlar gecə saatlarında canavarların hücumuna məruz qalıb. Canavarlar tövlədə olan 22 baş qoyunu parçalayaraq öldürüb, 16 baş qoyuna isə ağır xəsarət yetiriblər. Ev sahibi yatmış olduğundan hadisədən gec xəbər tutub. Fermerə ümumilikdə 4 min manata yaxın maddi ziyan dəyib. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb. Ölən qoyunlar isə dezinfeksiya edilərək basdırılacaq.
Rəhman Salehov vəhşi heyvanların tez-tez kəndə hücum edərək şəxsi təsərrüfatlara ziyan vurduqlarını deyib.
Kənd sakinləri canavar və caqqalların sayının xeyli artdığını və onların ev heyvanları ilə yanaşı, insanlara, azyaşlı uşaqlara da hücum etdiklərini bildiriblər.
Qeyd edək ki, martın 13-də canavarlar Yalman kəndində 25 baş qoyunu, fevralın 18-də isə Ləkçiplaq kəndində 15 baş qoyunu parçalamışdı.
//APA
Sərinləşdirici içki daşıyan yük maşını tarlaya aşdı: 2 yaralı
Yol qəzası: Avtomobil aşdı
30 qanunsuz mühacir xilas edildi, 22 nəfər qanunsuz mühacir isə saxlanıldı
İki yük maşını toqquşdu: 3 yaralı
Castinin arvadından hamiləlik FOTOLAR
Azərbaycanın nümayəndə heyəti bədii gimnastika üzrə AVRO-da iştirak edəcək
Fudokançılarımız avropa çempionatıda iştirak edəcəklər
Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib
Kenyada torpaq sürüşməsi baş verib
Traktorun mühərriyinə paltarı ilişən 15 yaşlı qız vəfat etdi
Hərəkətsiz təyyarədən yerə yıxıldı
Həftə sonu Meksikada hava sərinləşəcək
Yol qəzası: Sürücü yaralandı
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır